29 sentyabr 2026 21:03
87

Fransada etiraz aksiyalarında 200 mindən çox insan iştirak edib

Fransada dövlət sektorunda çalışanların keçirdiyi nümayişlərdə təxminən 206 min nəfər iştirak edib. Onlardan 30 mini Parisdə aksiyaya qatılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa mediası Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Ümumi Əmək Münasibətləri Konqresinin (CGT) məlumatına görə, Marseldə keçirilən nümayişlərdə təxminən 30 min, Tuluzada 11 min, Lill və Bordoda 10 min, Lion və Orleanda isə 8 min nəfər iştirak edib.