01 oktyabr 2026 17:22
194

SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“İki sahil” xəbər verir ki, bu barədə İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin icrası məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Bütün tədbirlər əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilir.

Bütün sahələrdə müvafiq maarifləndirmə aparılır və mövcud vəziyyət nəzarətdə saxlanılır.