Futbol üzrə Azərbaycan millisini çətin oyun gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə komandanın üzvü Rüfət Abbasov mətbuat konfransında açıqlama verib. 21 yaşlı cinah müdafiəçisi Bakıda Litva yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu haqqında fikirlərini bölüşüb. "Bizi olduqca çətin oyun gözləyir. Yalnız qələbə haqqında düşünürük. Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah mütləq qalib gəlməliyik".
Xatırladaq ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək