Moldova parlamenti qapalı iclasda milli ordunun şəxsi heyətinin sayının artırılması məsələsini nəzərdən keçirəcək. Bu barədə respublikanın müdafiə naziri Anatoli Nosatıy Kişinyovda parlamentin NATO Parlament Assambleyası ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi təhlükəsizlik seminarında bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hərbi idarənin rəhbəri deyib: "Əgər əvvəllər onun ştat sayı 9 mindən çox hərbçi təşkil edirdisə, zaman keçdikcə bu rəqəm 6 500 hərbi qulluqçuya və 2 000 mülki əməkdaşa endirilib ki, bu da ölkəni qorumaq üçün kifayət deyil".
Öz növbəsində, prezident Maya Sandu KİV nümayəndələrinə bildirib ki, iclas qapalı rejimdə keçiriləcək, deputatlara iclasa telefonlar, noutbuklar da daxil olmaqla heç bir elektron qurğu gətirmək qadağan olunacaq: "Məxfi sənədlə işləyərkən müəyyən prosedurlara əməl etmək lazımdır. Sənəd niyə məxfiləşdirilib? Çünki biz digər ölkələrin, xüsusən də Moldova Respublikasına qarşı düşmənçilik mövqeyi tutanların bütün bunlardan xəbərdar olmasını istəmirik".
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək