08 oktyabr 2026 15:33
139

Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək

Almaniyanın "Quantum Systems" müdafiə şirkəti 2026-cı ilin sonunadək Ukraynaya on minlərlə SPYS dron-tutucusu ötürmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi şirkətin vitse-prezidenti Mattias Lenə istinadla məlumat yayıb.

Len Berlində keçirilən brifinqdə bildirib: "Həftəsonu on minlərlə SPYS dronunu əhatə edən paketlə bağlı niyyət sazişi imzalanıb".

SPYS dron-tutucuları "Quantum Systems" tərəfindən Ukraynanın "WIY" müdafiə şirkəti ilə birlikdə işlənib hazırlanıb.