08 oktyabr 2026 22:57
144

Vinçenzo Montella sabiq klubuna böyük jest etdi

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella "Adana Demirspor"un ona olan 330 min avro borcundan imtina edib.

“İki sahil” xəbər verir ki, klubun məlumatına görə, İtaliyalı mütəxəssis komandanı 2021-2023-cü illərdə çalışdırdığı dövrdən qalan məbləği tələb etməyəcəyini bildirib.

Sentyabrın 5-də "Adana Demirspor" rəhbərliyi ilə görüşən Montella borcundan imtina edəcəyini açıqlayıb. Milli komandaların oyunları üçün fasilə başa çatdıqdan sonra isə o, qərarını klub rəhbərliyinə rəsmi şəkildə çatdırıb.

"Adana Demirspor" Montellaya bu jestinə görə təşəkkür edib və onun qərarını klubun maliyyə öhdəliklərinin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirib.