Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri baş tutacaq.
Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -70 kq və kişilərin -90 kq çəki dərəcələrində tatamiyə çıxacaq.
Qadınların -70 kq çəki dərəcəsində Südabə Ağayeva ilk görüşünü 1/32 final mərhələsində keçirəcək. Onun rəqibi İspaniya təmsilçisi Ai Tsunoda Roustant olacaq.
Kişilərin -90 kq çəki dərəcəsində Elcan Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, Süleyman Şükürov isə norveçli Kornelius Eylertsenlə qarşılaşacaq.
Murad Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. Cüdoçumuz Yahor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.
Təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal görüşlərinin keçiriləcəyi final blokuna isə saat 18:00-da start veriləcək.
Dünya çempionatının görüşləri “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
Biletləri iTicket.az platformasından əldə etmək mümkündür.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb