10 oktyabr 2026 00:16
105

Trampın göstərişi ilə Rusiya dizelinin dünya bazarlarına satışına icazə verildi

ABŞ Maliyyə Nazirliyi Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində məlumat yayılıb.

"Bu gün ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya dizel yanacağının dünya bazarlarına tədarükünə icazə verən müvəqqəti ümumi lisenziyanı dərhal təqdim edir", - deyə məlumatda qeyd olunub.