10 oktyabr 2026 00:30
119

Kimberli Gilfoyla qarşı 100 min dollarlıq ittiham - Vensdən açıqlama

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə çağırıb.

“İki sahil” xəbər verir ki, Vens bunu ABŞ Prezidenti Donald Trampın siyasi tərəfdarı Erik Dettersin diplomatın Tramp administrasiyasının nümayəndələri ilə görüşə çıxış əldə etmək müqabilində 100 min dollar məbləğində kredit kartı borcunun ödənilməsini tələb etdiyi barədə iddialarını şərh edərkən jurnalistlərə bildirib.

"Bunlar sadəcə ittihamlardır. Mən həmişə deyirəm ki, biz insanları ictimai rəy məhkəməsində mühakimə etməməliyik. Bunun üçün rəsmi məhkəmələr var", - vitse-prezident qeyd edib.

Vens vurğulayıb ki, Gilfoylla çoxdan tanışdır və yalnız üçüncü şəxslərin bəyanatları və ya ehtimal edilən yazışmalar əsasında onun təqsirkar olması barədə nəticə çıxarmağı yolverilməz hesab edir.

"Gəlin əvvəlcə faktları aydınlaşdıraq və həqiqəti müəyyən edək. Əgər doğrudan da qanunazidd bir şey baş veribsə, təqsirkarlar cəzalandırılmalıdır", - o əlavə edib.

Daha əvvəl Deters Gilfoylu Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə çıxış əldə etmək imkanı müqabilində guya ona 100 min dollar məbləğində kredit kartı borcunu ödəməyi təklif etməkdə ittiham etmişdi.