Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarına, Prezident İlham Əliyevin qurultaydakı çıxışından irəli gələn vəzifələrə və qarşıda duran hədəflərə həsr olunmuş silsilə tədbirlər YAP Ağdaş rayon təşkilatı tərəfindən davam etdirilir.
“İki sahil” xəbər verir ki, növbəti tədbirlər Ağdaş Peşə Məktəbində və Ekologiya işçiləri ərazi partiya təşkilatlarında keçirilib.
Görüşlərdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşlərdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VIII Qurultaydakı nitqinin əsas məqamları barədə ətraflı məlumat verib. O, qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsinin əhəmiyyətini vurğulayıb, dövlətimizin qarşısında duran strateji vəzifələrə toxunub.
Tədbirlərdə çıxış edən partiya fəalları Elşən Mustafayev, Sevinc Həmidova, Alcan Nəsibov, Səbuhi Hüseynov və Aynur Abullayeva da Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirilən fikirlər ətrafında mülahizələrini bölüşüblər.
Partiya fəalları bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. Onların fikrincə, bu mərhələdə əsas vəzifələrdən biri əldə olunmuş nailiyyətlərin qorunması, dövlətin iqtisadi və müdafiə potensialının daha da gücləndirilməsi, milli birliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafının təmin edilməsidir. Qeyd olunub ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıda duran vəzifələrin daha aydın dərk edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirlər çərçivəsində, həmçinin partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, üzvlərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və qarşıya qoyulmuş hədəflərin yerli təşkilatlar səviyyəsində həyata keçirilməsi məsələləri diqqətə çatdırılıb.
2026-cı ilin ilk 8 ayı ərzində əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib