“Barselona” Çempionlar Liqasının əsas mərhələsində PSJ ilə qarşılaşma öncəsi müdafiə xəttində problemlə üzləşib.
“İki sahil” xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, kataloniyalıların müdafiəçiləri Erik Qarsiya və Jül Kunde zədə səbəbindən sözügedən matçı buraxacaqlar.
Qarsiya “Betis”lə La Liqanın 9-cu turunun oyununda (5:2) budunun düz əzələsindən zədə alıb. İspaniyalı müdafiəçinin bərpasının bir aya qədər davam edəcəyi gözlənilir.
Kunde isə topuq bağlarının dartılması səbəbindən sıradan çıxıb. Onun oktyabrın 25-də “Real”la keçiriləcək oyunda iştirakı bərpa prosesindən asılı olacaq.
Qeyd edək ki, “Barselona” oktyabrın 20-də PSJ-ni qəbul edəcək.
Zelenski: Ukrayna və ABŞ müharibəyə son qoymaq üçün yeni diplomatik addımlar hazırlayır
Yaponiya Baş nazirinin Yasukuni məbədinə ianə göndərməsi Çinin etirazına səbəb olub
Kris Rayt: Moskva ilə müqavilə Rusiya-Ukrayna münaqişəsinin innovativ həllidir
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib