Fransanın Baş naziri prefektlərə bir neçə rayonda komendant saatı tətbiq etməyi tapşırıb
Fransanın Baş naziri Sebastyen Lekornyu davam edən iğtişaşlar fonunda departament prefektlərinə bir neçə rayonda komendant saatı tətbiq etməyi tapşırıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Mən prefektlərdən xahiş etdim ki, bu axşam bir sıra rayonlarda komendant saatı tətbiq etsinlər. Qismən komendant saatı", — deyə hökumət başçısı iğtişaşlarla bağlı böhran qərargahının iclasından sonra çıxış edərkən bildirib.
Onun sözlərinə görə, prefektlər bu məsələdə nöqtəvi şəkildə fəaliyyət göstərəcəklər. "Daxili İşlər Nazirliyi daha sonra bu rejiminin qüvvədə olacağı xəritəni tərtib edəcək, — deyə Baş nazir qeyd edib. — Məqsəd yalnız vətəndaşları deyil, həm də ticarət obyektlərini qorumaqdır".
O əlavə edib ki, zərurət yaranarsa, ölkədə fövqəladə vəziyyət elan oluna bilər, lakin hazırkı mərhələdə "qismən komendant saatının tətbiqi üzrə tədbirlər daha məqbul hesab olunur.