19 oktyabr 2026 14:28
111

Qətər qlobal enerji böhranının kəskinləşməsi riskinə qarşı xəbərdarlıq edib

ABŞ, İsrail və İran arasındakı silahlı münaqişənin qlobal enerji bazarı üçün fəsadları hələ öz pik həddinə çatmayıb. Bu xəbərdarlıqla Qətərin Baş nazirinin müavini, müdafiə işləri üzrə dövlət naziri şeyx Səud bin Əbdül Rəhman Əl Tani çıxış edib.

“İki sahil” xəbər verir ki,  Qətərin "Al Jazeera" telekanalı onun sözlərini sitat gətirib.

"Energetika məsələsinə gəlincə, biz hələ pik həddə çatmamışıq", — deyə, o, qeyd edib. Baş nazirin müavini Dohada keçirilən Qlobal Təhlükəsizlik Forumunda bildirib ki, yaxın günlərdə və aylarda enerji daşıyıcılarının tədarükü, beynəlxalq ticarət və iqtisadi artım üçün növbəti mənfi fəsadlar gözlənilir.

"Tranzit rüsumları tutulmamalıdır", — deyə şeyx Səud bin Əbdül Rəhman Əl Tani bu strateji əhəmiyyətli akvatoriyada davam edən qeyri-sabitlik fonunda gəmilərin Hürmüz boğazından keçidinə görə haqq qoyulması barədə xəbərdarlıq edərkən vurğulayıb.