15 oktyabr 2026 21:00
116

Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin 9 ayı ərzində daxil olmuş zənglər

 

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2026-cı ilin 9 ayı ərzində 54111 zəng cavablandırılıb.

Qəbul edilən zənglərin 15583-ü müvəqqəti yaşama icazəsi, 1041-i müvəqqəti olma müddətinin uzadılması, 3944-ü vətəndaşlıq məsələləri, 6093-ü olduğu yer üzrə qeydiyyat, 3880-i daimi yaşama icazəsi, 7079-u iş icazəsi, 1945-i inzibati xəta, 14546-sı isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.