Çin Yaxın Şərq və Afrikada hərbi münaqişələrin həllinə, eləcə də regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə kömək etməyə hazırdır.
“İki sahil” Çin Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Van Yi oktyabrın 21-də Pekində cibutili həmkarı Abdulkader Hüseyn Omarla görüşündə bildirib.
"Yaxın Şərqdəki hərbi əməliyyatlar Afrika Buynuzu regionuna və Qırmızı dəniz bölgəsinə yayılmaqda davam edir, köhnə ziddiyyətlər kəskinləşir və yeniləri yaranır. Qırmızı dəniz və Ədən körfəzində gəmiçiliyin təhlükəsizliyi yeni təhdidlərlə üzləşir", - Çin diplomatiyasının rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Pekin Cibuti və digər dövlətlərlə birlikdə qarşılıqlı fəaliyyət, əməkdaşlığı gücləndirməyə, gərginliyi azaltmaq üçün səylər göstərməyə, regionda sülh və sabitliyi təmin etmək üçün konkret addımlar atmağa hazırdır.
Van Yi vurğulayıb ki, Çin və Cibuti əsas beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edirlər. Hər iki ölkə çoxtərəfli yanaşmanın, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə əməl olunmasının və Qlobal Cənub ölkələrinin rolunun gücləndirilməsinin tərəfdarıdır.
Nazir həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpinin Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş təşəbbüslərini xatırladıb.
Slovakiyada kiberhücum təhlükələri səbəbindən bir neçə dövlət saytı müvəqqəti deaktiv edilib
PHP-də aşkarlanan kritik boşluqlar bir sıra ölkələrdə dövlət saytlarının müvəqqəti bağlanmasına səbəb olub
ABŞ İran məhsullarının tədarükünə görə hüquq şirkətini sanksiya siyahısına daxil edib
Moskvada Ukrayna münaqişəsinin başa çatmasına doğru irəliləyiş olduğu bildirilib