22 oktyabr 2026 19:25
201

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların mnüraciətlərini dinləyib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ağdam şəhərində vətəndaşlarla görüşüb.

“İki sahil” xəbər verir ki,  İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşə gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi və digər məsələlərlə bağlı müraciət ediblər.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, onların sorğu xarakterli müraciətlərinə əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Ağdama səfər çərçivəsində Ağdam Sənaye Parkında rezidentlərlə də görüş keçirilib, sahibkarların həyata keçirdikləri layihələrlə tanışlıq olub, onları maraqlandıran məsələlər müzakirə edilib.