27 oktyabr 2026 08:00
167

Bakının bu ərazisində qaz olmayacaq

Təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan işlər başa çatanadək Bakının Nərimanov rayonunun bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, fasilə Təbriz küçəsinin 19, 19A və 19B ünvanlarını, eləcə də M.Məmmədov küçəsini əhatə edəcək.