29 oktyabr 2026 12:35
121

Ermənistanın yeni Konstitusiyasının mətni noyabr ayında dərc olunacaq

Ermənistanın yeni Konstitusiyasının mətninin noyabr ayında dərc olunması planlaşdırılır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə hökumət binası önündə jurnalistlərlə söhbətində Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.

"Yaxın vaxtlarda, gələn ay ərzində. Müstəsna bir şey baş verməzsə, mətnin dərc olunması gələn aya planlaşdırılır", — deyə Qalyan yeni konstitusiyanın mətninin nə vaxt dərc olunacağı ilə bağlı suala cavab verərkən bildirib.