30 oktyabr 2026 10:52
115

Tikinti meydançalarında siqaret çəkənləri robotlar vasitəsilə müəyyən edirlər

Honq-Konqun Əmək Departament tikinti meydançalarında nəzarəti həyata keçirmək və işləyərkən siqaret çəkən fəhlələri aşkar etmək üçün robotlardan istifadə edir və süni intellekt (Sİ) sistemləri tətbiq etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə meqapolisin əmək və sosial təminat katibi Krys Sun 2025-ci ilin noyabrında 168 nəfərin ölümünə səbəb olmuş, səbəbi söndürülməmiş siqaret ola biləcək "Wang Fuk Court" yaşayış kompleksindəki yanğının səbəblərini araşdıran müstəqil komitənin yekun məruzəsinin dərc edilməsindən sonra bildirib.

Müstəqil komitənin rəyinə görə, şəhər tarixində yaşayış kompleksində baş vermiş ən ölümcül yanğının səbəbləri təhlükəsizlik qaydalarının pozulması, eləcə də tənzimləmə və nəzarət rejimindəki çatışmazlıqlarla bağlı olub. "Əmək Departamenti tikinti meydançalarında daha səmərəli nəzarət aparmaq və siqaret çəkmə faktlarını aşkar etmək üçün infraqırmızı kameralarla təchiz edilmiş robotlardan istifadə etməyə başlayıb", — deyə Krys Sun məruzənin dərcindən sonra dinləmələrdə çıxış edərkən bildirib.

O, həmçinin qeyd edib ki, əmək departamenti yerlərdəki əməkdaşlara siqaret çəkən şəxsləri aşkar etməkdə kömək etmək məqsədilə süni intellektdən istifadə imkanlarını nəzərdən olmağı planlaşdırır.

Krys Sun vətəndaşları fəhlələrin qanunu pozaraq siqaret çəkdiyinin şahidi olacaqları təqdirdə fotoşəkillər göndərməyə çağırıb. "Zərurət yaranarsa, qanunvericiliyə əlavə düzəlişlər edəcəy və cəzaları sərtləşdirəcəyik", — deyə o, əmin edib. Tikinti meydançalarında və binaların təmiri zamanı siqaret çəkməyə qadağa şəhərdə çoxdan tətbiq edilsə də, fəhlələr bunu etməyə davam edirlər.

Yanğının səbəblərinin araşdırılması üzrə müstəqil komitənin yekun məruzəsi oktyabrın 29-da dərc edilib. Sənəddə göstərilir ki, yanğın özəl sektordan olan müxtəlif şəxslərin səhvləri və qəsdən pozuntuları, həmçinin tikinti, yanğın təhlükəsizliyi və binaların idarə edilməsi üzrə məsul orqanların onilliklər boyu səhlənkarlığı nəticəsində baş verib.