Polşa Müdafiə Nazirliyi ABŞ-a daimi Amerika hərbi bazasının yerləşdirilməsi üçün dörd mümkün məkan təklif edir.
“İki sahil” xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzetinə müsahibəsində Polşa müdafiə idarəsinin nümayəndəsi general Dariuş Lukovski məlumat verib.
"Mümkün məkanlar arasında Vrotslav, Poznan, Bıdqoş və Şşetsin var", — deyə o bildirib.
"Bazanın yerləşdiriləcəyi məkan barədə son qərarı Prezident Donald Tramp verəcək. "Bizim tərəfimizdən tikinti yeri, qoşun növü və hərbçilərin sayı barədə qərar qəbul edildiyi andan başlayacaq", — deyə Lukovski qeyd edib.
Generalın sözlərinə görə, daimi bazanın tikintisi azı üç il çəkəcək və təxminən 3 milyard zlota (yaxın 750 milyon dollar) başa gələcək. Bununla yanaşı, Lukovski dəqiqləşdirib ki, mülki heyətin və Amerika hərbçilərinin ailə üzvlərinin Polşada qalması üçün zəruri olan infrastruktura daha bir neçə milyard zlot xərclənməli olacaq. General hesab edir ki, bazada 5 min amerikalı hərbçi yerləşdirilərsə, Polşaya gələn ABŞ vətəndaşlarının ümumi sayı təxminən 15 min nəfər təşkil edə bilər.