30 oktyabr 2026 11:09
106

Qətərli vasitəçilər danışıqları davam etdirmək üçün Tehrana qayıdıblar

Qətərli vasitəçilər oktyabrın 30-da İran və ABŞ arasındakı münaqişənin tənzimlənməsi üzrə danışıqları davam etdirmək üçün Tehrana qayıdıblar.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, danışıqlar prosesi, eləcə də Qətər tərəfinin mövqeyi ABŞ ilə razılaşdırılıb. Digər təfərrüatlar verilmir.

Daha əvvəl Qətər vasitəçiləri İrana regionda münaqişənin deeskalasiyasına yönəlmiş yeni razılaşma layihəsini təqdim etmişdilər. Xüsusilə, tərəflər etimadın möhkəmləndirilməsi üçün addımlar atmalı idilər.