31 oktyabr 2026 00:55
140

"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı

"Araz-Naxçıvan" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirib,

“İki sahil” xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gəlib. 

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləm görüş "Araz-Naxçıvan"ın 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da, təmsilçimiz Çempionlar Liqasında çıxışını erkən başa vurub. 

Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu 2-ci turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.