31 oktyabr 2026 01:44
108

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir sakini Anar Qurbanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq rayon ərazisindəki su kanalına aşıb. Hadisə nəticəsində avtomobildə olan 4 nəfər xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC