31 oktyabr 2026 09:47
107

Navrotski Polşada yaranmış vəziyyətlə bağlı təcili müşavirə çağırıb

Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsi ətrafında yaranmış münaqişə ilə əlaqədar parlament partiyalarının nümayəndələri ilə təcili müşavirə çağırıb.

“İki sahil” xəbər verir ki, Tass-ın məlumatına görə, bu barədə Prezident Administrasiyasının rəhbəri Pavel Şefernaker məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələrin məqsədi siyasi vəziyyəti sabitləşdirmək və konstitusiya quruluşunu bərpa etməkdir.

Qeyd edək ki, oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Svyençkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığından məhrum edilməsi barədə vəsatət təqdim edib.

Məhkəmə binası yaxınlığında etirazçılarla polis arasında gərginlik yaşanıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Hadisələrlə əlaqədar Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.