01 noyabr 2026 15:20
128

Türkiyənin inzibati xəritəsi dəyişə bilər: 81 vilayət 100 olacaq

Türkiyədə vilayətlərin sayı 81-dən 100-ə, inzibati rayonların sayı isə 922-dən 1000-ə çatdırılmalıdır.

“İki sahil” xəbər verir ki, bu təşəbbüs Türkiyənin aparıcı siyasi qüvvələrindən biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli tərəfindən irəli sürülüb.

“Yüz vilayət, 1000 rayon” layihəsinə münasibət bildirən Bahçeli qeyd edib ki, partiyasının təşəbbüsü ilə Türkiyə Böyük Millət Məclisinə (parlament) müvafiq qanun layihəsi təqdim etməyi planlaşdırır. “Son qərarı parlament verəcək”, - deyə siyasətçi vurğulayıb.

O əlavə edib ki, bu addım Türkiyənin dövlət idarəetmə sistemini sadələşdirəcək. “Ölkəmizin inzibati xəritəsini dəyişdirmək təşəbbüsü “Türkiyə əsri" proqramı çərçivəsində irəliləyişi hədəfləyir”, - deyə o vurğulayıb.