01 noyabr 2026 17:33
103

Niderland Ukraynaya "Patriot" ZRK sistemləri üçün raketlərin tədürükün sürətləndirmək istəyir

Niderland tərəfdaşları ilə birlikdə Ukraynaya "Patriot" zenit-raket kompleksləri (ZRK) üçün raketlərin çatdırılmasını sürətləndirmək imkanlarını araşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius "X" sosial şəbəkəsində xəbər verib.

Onun sözlərinə görə, ABŞ-nin Ukraynaya raket satmaq qərarı Kiyevin hava hücumundan müdafiə vasitələri əldə etməsi istiqamətində növbəti addım olub və indi Amsterdam ilə Kiyevin digər tərəfdaşları tədarükü sürətləndirmək yollarını axtaracaqlar.

"Bu, Avropa vəsaitləri və avropalı müttəfiqlər tərəfindən maliyyələşdirilən, Ukrayna üçün "Patriot" komplekslərinin raketlərindən ibarət böyük tədarük paketinin təsdiqlənməsinə doğru atılmış daha bir addımdır. Müdafiə Nazirliyi tərəfdaşlarla birlikdə çatdırılmanı sürətləndirmək imkanları üzərində işləyir", - paylaşımda bildirilir.

ABŞ Dövlət Departamenti oktyabrın 30-da Ukraynaya 2,1 milyard dollar dəyərində 500 ədəd "Patriot PAC-3" ZRK raketinin satışını təsdiqləyib. Bununla belə, tədarük tam olaraq Kanada, Almaniya, Norveç və Aİ-nin krediti hesabına maliyyələşdiriləcək.