04 noyabr 2026 14:20
76

1932-ci ildən bəri ilk dəfə olaraq demokrat namizəd Kanzas ştatından Senata seçilib

ABŞ Konqresinin Senatına keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının namizədi 1932-ci ildən bəri ilk dəfə olaraq Kanzas ştatından qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Demokrat Adam Hemilton ilkin nəticələrə əsasən, Respublikaçılar Partiyasından olan hazırkı senator Rocer Marşallı üstələyib və 1932-ci ildən sonra Kanzasdan Senatda yer qazanan ilk Dempartiya nümayəndəsi olub.

"Decision Desk HQ" analitik mərkəzinin proqnozuna görə, səslərin təxminən 88%-i işləndikdən sonra Hemilton 52%, Marşall isə 44.1% səs toplayıb.