2026-cı ilin yanvar-oktyabr ayları ərzində“biletim.az” portalı vasitəsilə onlayn qaydada 1 034 341 bilet əldə edilib ki, bu da ötən ilin müvafiqdövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
Həmçinin ötən ilin yanvar-oktyabr aylarında onlaynsatılmış biletlərin xüsusi çəkisi ümumi bilet satışının28%-ni təşkil etdiyi halda, cari ilin müvafiqdövründə bu göstərici 42%-dir.
Ötən ilin 10 ayı ərzində qabaqcadan satış üzrəbiletlərin xüsusi çəkisi 36,5% idisə, cari ilin müvafiqdövründə bu göstərici 48%-ə yüksəlib. Bu artımlarsərnişinlərin avtovağzal xidmətlərinə etimadınınartdığını və səfərlərini planlaşdırarkən onlayn biletalışı imkanlarından daha fəal istifadə etdiklərinigöstərir.
Qeyd edək ki, biletim.az” portalında 61 məntəqəyə97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə379 reys olmaqla 426 nəqliyyat vasitəsi qoşulub.Onlayn bilet satışı sistemi mərhələli şəkildəsərnişindaşıma sahəsində xidmət göstərən bütündaşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydadamənzil başına çatmaq üçün biletləri onlaynqaydada “biletim.az” portalı vasitəsilə əldə etmələritövsiyə olunur.