Son dörd ildə keçirilən inkişaf və mübadilə proqramları çərçivəsində 500-dən artıq QHT nümayəndəsinin bilik və bacarıqlarının artırılmasına töhfə verilib.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva deyib.
O, vətəndaş cəmiyyətinin inkişafında insan kapitalının əhəmiyyətini vurğulayaraq, QHT nümayəndələrinin peşəkar hazırlığının artırılması, təcrübə mübadiləsi və yeni liderlərin yetişdirilməsinin Agentliyin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb
“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir