06 noyabr 2026 14:23
154

Polad Bülbüloğlundan Tünzalə Ağayevaya özəl təşəkkür: “Ona çox minnətdaram”

Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” əsərini ifa edərək ona yeni nəfəs verib.

“İki sahil” xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. 

Xalq artisti pop ulduza təşəkkürünü bildirib: “Hər bir bəstəkar üçün çox sevindirici haldır ki, onun əsərlərini kimsə oxuyur. Tünzalə xanım bizim gözəl ifaçımızdır. Çox peşəkardır, hər mahnıya öz ürəyini verir, işinə yüksək profesionallıqla yanaşır. Mən ona çox minnətdaram ki, yaradıcılığıma diqqət yetirib”.