06 noyabr 2026 20:43
122

İki tanker minaya düşərək partladı

İranın icazə vermədiyi marşrutla Hörmüz boğazından keçmək istəyən iki tanker minaya düşərək partlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

“Bu iki tanker bütün naviqasiya və identifikasiya sistemlərini söndürərək, ABŞ-ın aqressiv, terrorçu düşüncəli silahlı qüvvələrinin dəstəyi ilə oradan keçməyə cəhd göstərdi”, - SEPAH bildirib. Qeyd edilib ki, minalarla toqquşduqdan sonra tankerlərdə yanğın başlayıb və onlar dayanıblar.

“Həyati əhəmiyyət daşıyan su yolu bağlı qalır və İranın ABŞ-a təklif etdiyi yeddi şərt yerinə yetirilməyənə qədər heç bir dəyişiklik olmayacaq", - SEPAH vurğulayıb.