Misirın turizm və qədim abidələr naziri Şərif Fəthi Şotlandiyanın Qlazqo şəhərində yerləşən Kelvinqrov İncəsənət Qalereyası və Muzeyinin rəhbərliyinə müraciət edərək 4 min il yaşı olan kahin mumiyasının Misirə qaytarılmasını xahiş edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Biz danışıqlar aparır və müvafiq tədbirlər görürük. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik, çünki bu cür məsələlərin həlli o qədər də asan deyil”, – deyə nazir agentliyə bildirib.
BBC-nin məlumatına görə, oktyabr ayında kahin Nehtin mumiyası etik mülahizələrə görə ekspozisiyadan çıxarılıb. Muzey mərhumun özünün və ya onun nəslindən olan şəxslərin razılığının olmaması səbəbindən bəzəkli sarkofaqı sərgidən götürüb.
Nehtin bizim eramızdan əvvəl 1985–1797-ci illər arasında yaşadığı güman edilir. Onun qalıqları XX əsrin əvvəllərində Misirdə aparılan qazıntılar zamanı aşkar edilib. 1923-cü ildə isə Qlazqo şəhərinə hədiyyə olunub.
Finlandiyada rusiyalıların ölkəyə girişini məhdudlaşdıran yeni tədbirlər hazırlanır