Bomba təhdidləri ilə əlaqədar London və Brüsseldən uçan iki təyyarə Bolqarıstanın paytaxtı Sofiyadakı Vasil Levski hava limanına eniş edib.
“İki sahil” Bolqarıstanın xəbər agentliyi olan BTA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyi məlumat yayıb. Bildirilib ki, hər iki təyyarədə aparılan yoxlamalar zamanı şübhəli əşya və partlayıcı qurğu aşkarlanmayıb.
Qeyd edək ki, cümə axşamı Sofiyaya uçan üç təyyarəyə də bomba təhdidləri daxil olub. Onlardan ikisi Sofiyaya, biri isə Plovdiv hava limanına yönləndirilib. Çərşənbə axşamı isə Berqamo və Dublindən gələn iki təyyarə ilə bağlı oxşar təhdidlər qeydə alınıb. Həmin hallarda da yoxlamalar zamanı partlayıcı qurğu tapılmayıb.
Finlandiyada rusiyalıların ölkəyə girişini məhdudlaşdıran yeni tədbirlər hazırlanır