06 noyabr 2026 18:10
139

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblərin adları məlum olub

Bakıda keçirilən yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq 4x100 metrlik yanğın estafeti növü üzrə yarışlar keçirilib.

“İki sahil” xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yekunda qaliblər və mükafatçılar müəyyənləşib.

Kişilər arasında 4x100 metrlik yanğın estafeti növündə komandalar arasında I yeri Belarus, II yeri Çin, III yeri isə Rusiya komandası tutub.

Qadınlar arasında I yerə Rusiya, II yerə Özbəkistan, III yerə isə Belarus komandası layiq görülüb.

Qaliblərə və mükafatçılara medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib.

Mükafatlandırma mərasimində qalib ölkələrin Dövlət himnləri səsləndirilib.