Almaniyada metallurgiya və elektrotexnika sənayesində çalışan təxminən 400 min işçi əməkhaqqının artırılması tələbi ilə xəbərdarlıq tətillərində iştirak edib.
“İki sahil” xəbər verir ki, etiraz aksiyaları ölkə üzrə 3800 müəssisəni əhatə edib. Ən böyük aksiyalardan biri Nekkarsulmdakı “Audi” zavodunda keçirilib və 6500-dən çox işçi iştirak edib.
Həmkarlar ittifaqı 3,7 milyon sənaye işçisi üçün əməkhaqqının 12 ay ərzində 5 faiz artırılmasını, eləcə də iş yerlərinin qorunması və istehsalın modernləşdirilməsinə investisiyaların təmin edilməsini tələb edir.
İşəgötürənlər isə 2028-ci ilin iyulundan əməkhaqqının 1,3 faiz artırılmasını təklif edirlər. IG Metall bu təklifin inflyasiya fonunda işçilərin real gəlirlərinin artımını təmin etmədiyini bildirir.
Finlandiyada rusiyalıların ölkəyə girişini məhdudlaşdıran yeni tədbirlər hazırlanır