07 noyabr 2026 11:58
116

Rusiyanın itkiləri açıqlandı - 1718-ci gün

Ukrayna müharibənin 1718-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 604 110 hərbçi, 12 456 ədəd tank, 25 654 ədəd zirehli döyüş maşını, 52 000 ədəd artilleriya sistemi, 2 257 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 747 hava hücumundan müdafiə sistemi, 452 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 093 ədəd yerüstü robot-texnika kompleksi, 598 840 ədəd PUA, 170 929 ədəd avtomobil texnikası, 5 192 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 881 xüsusi avadanlıq itirib.