Fars körfəzinin cənub sularında mina səbəbindən baş verən partlayış nəticəsində 2 milyon bareldən çox neft daşıyan supertanker batıb.
“İki sahil” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, hadisə gəminin Hörmüz boğazını icazə verilməyən cənub marşrutu ilə gizli şəkildə keçməyə cəhd etdiyi zaman baş verib. Partlayış və güclü yanğından sonra batan tankerdən əlavə, eyni marşrutla hərəkət edən digər bir gəmidə də yanğın olduğu bildirilir.
İran tərəfi bölgədəki balıqçıları təhlükəsizlik tədbirlərinə riayət etməyə, gəmi sahibləri və şirkətlərini isə Hörmüz boğazının qadağan olunmuş zonasına yaxınlaşmamağa çağırıb.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir