Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi başa çatdırılıb.
“İki sahil” bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadla xəbər verir.
Məlumata görə, DSMF bu gün respublika üzrə dəfn üçün birdəfəlik müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətləri ödəyərək yekunlaşdırıb.