20 noyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatı və Culfa Rayon İcra Hakimiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin yaratdığı YAP-ın 34-cü ildönümü ilə bağlı birgə tədbir keçirib.
Tədbirdə əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və vətənimizin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov partiya üzvlərini Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü ilə bağlı təbrik edərək, partiyamızın 34 il ərzində keçdiyi möhtəşəm, uğurlu yollardan, tarixi missiyanın şərəflə yerinə yetirilməsindən, YAP-ın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin proqramxarakterli nitqindən irəli gələn vəzifələrdən, bu vəzifələrin layiqincə icra olunması üçün müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsindən danışmış, bu gün rayon təşkilatında, ərazi partiya təşkilatlarında, partiya fəalları arasında müasir ideoloji iş aparılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur. Çıxışın sonunda partiya üzvlərinə ulu öndərimiz Heydər Əliyev yolunda uğurlar arzulamışdır.
Çıxışda Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova partiyanın yaranması münasibətilə partiya üzvlərini təbrik etmiş, partiyamızın yarandığı gündən qazandığı uğurlarından danışmış, YAP-ın VIII Qurultayında cənab Prezidentimiz İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin sədaqətlə yerinə yetirilməsində YAP üzvlərinə uğurlar arzulamışdır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Ölkəmizdə qazanılan möhtəşəm uğurlarda Yeni Azərbaycan Partiyasının üzvlərinin də xüsusi payı vardır.
Tədbirdə həmçinin Yaycı kənd ərazi partiya təşkilatının sədri Vaqif Abdullayev, Saltaq kənd ərazi partiya təşkilatının sədri Mahir Əsgərov, Culfa şəhər İncəsənət məktəbi ərazi partiya təşkilatının sədri Şükufə Bağırova, YAP-ın VIII Qurultayının nümayəndəsi, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin Culfa rayon sektoru ərazi partiya təşkilatının sədri Günel Məmmədova YAP-ın 34 il ərzində keçdiyi şərəfli yoldan, YAP-ın VIII Qurultayının qarşıya qoyduğu mühüm məsələlərdən danışmış, YAP-ın yaranması münasibətilə partiya üzvlərini təbrik etmişdir.
Sonra bir qrup gənc partiya üzvünə YAP üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbirin sonunda 65 yaşı tamam olan yubilyar, Saltaq kənd tam orta məktəbin müəllimi, ərazi partiya təşkilatının sədri Mahir Əsgərova rayon təşkilatında səmərəli fəaliyyətinə görə hədiyyə və təşəkkürnamə təqdim edilmişdir.
Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə başa çatmışdır.
Sonda xatirə şəkli çəkilmişdir.