Azərbaycan Basketbol Liqasında I turun təxirə salınmış bir oyunu bu gün keçiriləcək.
“İki sahil” xəbər verir ki, "Sabah" "Gəncə" ilə üz-üzə gələcək.
Görüş Bakı İdman Sarayında saat 14:30-da start götürəcək.
"Sabah" turnir cədvəlində 11 xalla 1-ci pillədə yer alıb. Gəncə təmsilçisi isə 8 xalla altıncıdır.
Qeyd edək ki, I turun təxirə salınmış digər iki matçı noyabrın 22-də keçiriləcək.