21 noyabr 2026 11:41
227

"Zəngəzur" UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxacaq

Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, 7-ci qrupda yer alan komanda I turda Polşanın "Dolnoşlyonski" kollektivi ilə üz-üzə gələcək.

Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Sözügedən qrupda həmçinin qardaş ölkə təmsilçisi "İstanbul" və Rumıniyanın "The Carpathians" klubları da mübarizə aparır.