ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Berlində Qətər nümayəndələri ilə görüşərək Dohanın Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçilik məsələsini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid məlumat verib.
Onun sözlərinə görə, Qətər artıq bir neçə həftədir ki, ABŞ və İran arasında atəşkəsə nail olunmasına, nüvə proqramı ilə bağlı danışıqların bərpasına və münaqişənin yenidən kəskinləşməsinin qarşısının alınmasına kömək etməyə çalışır.
Lakin Barak Ravidin bildirdiyinə görə, Dohanın vasitəçilik səyləri hələlik nəzərəçarpacaq nəticə verməyib.
Almaniyadan Ermənistana mesaj: Sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir