22 noyabr 2026 14:41
121

SEPAH: ABŞ-yə məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub

İran Silahlı Qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazının şərq hissəsində ABŞ-yə məxsus, uçuş məsafəsi artırılmış "MQ-1" tipli 20-ci kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurub.

“İki sahil” xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin hərbçiləri korpusun yeni və müasir hava hücumundan müdafiə sisteminin köməyi ilə Hörmüz boğazının şərqində ABŞ-yə məxsus, uçuş məsafəsi artırılmış MQ-1 tipli 20-ci kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını ələ keçirərək məhv ediblər”, - deyə bəyanatda bildirilib.

SEPAH-ın məlumatına görə, bu, son 24 saat ərzində korpusun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dördüncü ABŞ kəşfiyyat-zərbə PUA-sıdır.