22 noyabr 2026 14:56
125

Tereza Mey Britaniyanın Aİ-yə qayıdışı məsələsini gündəmə gətirməməyə çağırıb

Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey hazırkı hökumət başçısı Endi Bernemin ölkənin Avropa İttifaqına (Aİ) qayıtması məsələsi ilə bağlı mövzunu gündəmə gətirməkdən çəkinməsi barədə xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki, bu barədə "BBC" televiziya kanalına müsahibəsində deyib.

“Endi Bernemin Aİ-yə qayıdış məsələsi ilə bağlı gələcək danışıqlar barədə dediklərini müəyyən təəccüblə dinləyirəm. Axı ölkə olaraq biz "Brexit"ə səs vermişik”, - deyə o bildirib.

“Siyasi fəaliyyətim dövründə baş nazir olarkən seçicilərin referendumda ifadə etdiyi iradəyə hörmət edilməli olduğunu tam aydın şəkildə bəyan edirdim. Buna görə də, təəssüf ki, ona mesajım belədir: insanlar "Brexit"ə səs veriblər. "Brexit" baş tutub. Sadəcə bunu qəbul edin və irəliyə baxın”, - deyə siyasətçi qeyd edib.

Keçmiş baş nazir Börnhəmin hərəkətlərində britaniyalıları Aİ ilə münasibətlər məsələsi üzrə yenidən referendumda səs verməyə inandırmaq cəhdi görüb. O, bunu belə təsvir edib: “O, sanki britaniyalıların başını sığallamaq və onlara demək istəyir: “O referendumu xatırlayırsınız? Belə çıxır ki, o zaman səhv etmisiniz, elə deyilmi? Bir daha cəhd edin və düzgün cavab verin”. Yaxud da onun düzgün hesab etdiyi cavabı”.