22 noyabr 2026 19:40
123

Almaniyada kilsədə 19 nəfər dəm qazından zəhərlənib

Almaniyanın Allqoy regionunda (Bavariya federal torpağı) kilsələrdən birində azı 19 nəfər dəm qazından zəhərlənib. Bu barədə “Focus Online” polisə istinadla məlumat yayıb.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, hadisə Bad-Qrönenbax icmasında istilik sisteminin nasazlığı səbəbindən baş verib.

Dörd nəfərin vəziyyəti ağırdır. Ərazidə təcili yardım xidmətləri, yanğınsöndürmə briqadaları və polis əməkdaşlarının iştirakı ilə genişmiqyaslı əməliyyat başlayıb. Yaralılara lazımi tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəbinin hələ müəyyən olunmadığını bildirib.