22 noyabr 2026 19:52
74

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, həddindən artıq yumşaq miqrasiya siyasəti ölkənin mövcudluğuna təhlükə yarada bilər.

“İki sahil” xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında yazıb.

“Açıq sərhədlər ölkələri məhv edir!”, - yazan Donald Tramp özünün gəlməsinə qədər ABŞ-nin də həmin ölkələrdən birinə çevrilməyə çox yaxın olduğunu qeyd edib.

Tramp əvvəllər ABŞ-nin Avropa müttəfiqləri də daxil olmaqla digər ölkələri həddindən artıq yumşaq miqrasiya siyasətinə görə dəfələrlə tənqid edib.