23 noyabr 2026 17:06
74

Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir

İnformasiya texnologiyaları kafedrasının müdiri 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən, göstərilən vəzifəni tutmaq üçün ali təhsil müəssisəsində kafedranın  profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələr, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər rektorun adına ərizə, kadrların şəxsi uçot vərəqəsini, tərcümeyi-hal, əmək kitabçasından çıxarış, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodik işlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini, kafedranın  inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər.

Məlumat üçün onu da bildiririk ki, BANM-də  çalışan şəxslər ərizələri ilə birlikdə yalnız elmi və elmi-metodiki işlərin siyahısını, kafedranın  inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 24 dekabr 2026-cı il tarixinədək CV-lərini,  yuxarıda qeyd olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Əlavə məlumat almaq üçün (012) 521-33-57 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

***

Neft-qaz mühəndisliyi kafedrasının müdiri 