UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” klubu Azərbaycana gəlib.
Kataloniya təmsilçisinin üzvlərini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
İspaniya nəhəngini hava limanında komandanın Azərbaycandakı azarkeşləri böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” oyunu saat 21:45-də başlayacaq.
AZƏRTAC
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb