ABŞ İrana qarşı sanksiyalar çərçivəsində səkkiz fiziki şəxs və 22 şirkəti məhdudiyyətlər siyahısına daxil edib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, sanksiyaya məruz qalan şəxslərin hamısı İran vətəndaşlarıdır. Şirkətlər isə İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Honkonqda qeydiyyatdan keçib.
Məhdudiyyətlər həmin şəxslərin ABŞ-dəki aktivlərinin dondurulmasını, eləcə də Amerika vətəndaşları və şirkətlərinin onlarla işgüzar əlaqələr qurmasının qadağan edilməsini nəzərdə tutur.