ABŞ-nin Kaliforniya ştatında “Robinson R22” tipli helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan iki nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilib ki, qəza bazar ertəsi yerli vaxtla saat 09:30 radələrində baş verib. Helikopter təpənin yamacına düşüb.
Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası tərəfindən araşdırılır.
Federal Aviasiya Administrasiyası tərəfindən araşdırma aparılır.